EN

Roma Papası XIV Leo ilk beynəlxalq səfəriniedəcək

Ajans.az BBC-ə istinadən xəbər verir ki,Livanın ən yüksək səviyyəli katolik liderinin müavini arxiyepiskop Paul Sayah BBC-yə açıqlamasında Vatikanın səfəri planlaşdırdığını, lakin hələ rəsmi tarixlərin müəyyən edilmədiyini bildirib. Sayah səfərin Yaxın Şərqdə sülh və dinlərarası dialoqa çağırış edən Papa üçün əlamətdar olacağını vurğulayıb. “Livan multikultural və çoxkonfessiyalı bir ölkədir, dialoqun mərkəzidir. Burada müsəlmanlar və xristianlar birlikdə yaşayır və bir-birinə hörmət göstərirlər”, – arxiyepiskop əlavə edib. Papa Leo-nun ilk xarici səfəri pontifikatın tonunu müəyyən edə biləcəyi üçün böyük maraqla gözlənilir. Mərhum Roma Papası Fransiskin ilk xarici səfəri 2013-cü ildə İtaliyanın Lampeduza adasına olmuş və miqrasiya və təcrid olunmuş icmalara diqqət çəkmişdi. Son illərdə papaların xarici səfərləri Kilsənin mesajlarını yaymaq və diplomatik fəaliyyətlərini həyata keçirmək üçün önəmli vasitəyə çevrilib. İki milyondan çox katolik yaşayan və dini müxtəlifliyi ilə tanınan Livan Papa üçün simvolik əhəmiyyət daşıyır. Yepiskop Sayah qeyd edib ki, Leo-nun səfəri İsrail-Fələstin münaqişəsi fonunda da sülh mesajları verə bilər: “Əgər Papa öz səsini və narahatlığını ifadə etsə, bu müəyyən təsir göstərə bilər”. Seçildikdən sonra Papa Leo digər dinlərarası səylərə də diqqət yetirib. İlk görüşlərindən biri dinlərarası nümayəndə heyəti ilə olub, burada o, xristianlar, yəhudilər və müsəlmanlar arasında dialoq və qardaşlığa sadiqliyi vurğulayıb. Səfər gerçəkləşərsə, Papa Leo Yaxın Şərqdə sülh və dini birgəyaşayış mesajları ilə yadda qalan II İohann Pavel və XVI Benediktin izini davam etdirəcək. Bu ayın əvvəlində Papa Leo Beyrut limanında 200 nəfərin ölümü və milyardlarla ziyanla nəticələnən partlayışın beşinci ildönümünü də qeyd edib: “Sevgili və əziyyət çəkən Livan dualarımızın mərkəzində qalır”.  

 

Chosen
23
Ajans.az

1Sources