Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın Azərbaycandakı səfiri Qasım Mohuiddinlə görüşüb.
Bu barədə səfir "X" sosial media hesabında paylaşım edib.
Qasım Mohuiddin Hikmət Hacıyevi Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması və regional əlaqələrdə müsbət irəliləyişlər münasibətilə təbrik edib.