EN

A.Lukaşenko Çinə səfər etmək və Si Cinpinlə görüşmək niyyətindədir  

Belarus prezidenti Aleksandr Lukaşenko yaxın vaxtlarda Çinə səfər etmək və Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşmək niyyətində olduğunu açıqlayıb.

Avqustun 21-də dövlət başçısı raket istehsalının inkişafı ilə bağlı müşavirə keçirib.

"Bu, həm də mənim Çin Xalq Respublikasına səfərim və Çin Xalq Respublikasının Sədri Si Cinpinlə söhbətimlə bağlı vacibdir, biz belə bir görüşü planlaşdırırıq. Nə üçün? Çünki biz Çin hərbi sənaye kompleksi ilə sıx əlaqədə raket istehsalına başlamışıq və davam etdirmişik, və indi də əlaqələrimiz var", - BELTA xəbər agentliyi prezidentin sözlərini sitat gətirir.

İyunun əvvəlində Si Cinpin  Lukaşenkonu avqustun 31-dən sentyabrın 1-dək Tyantszin şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə dəvət edib. Bundan əlavə, Belarus lideri sentyabrın əvvəlində Pekində Çin xalqının Yaponiyaya qarşı Müqavimət Müharibəsində qələbəsinin ildönümünə həsr olunmuş parada dəvət alıb.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Chosen
24
29
azerbaijan-news.az

10Sources