EN

SOCAR-ın yeni rəhbərliyindən Rövnəq Abdullayevə daha bir zərbə - Ailə üzvünə məxsus bank niyə çökdürülür?

""Socar Petroleum"QSC partnyor bankını dəyişib. Sözügedən QSC-nin yanacaqdoldurma məntəqələrində (YDM) "RabitəBank"ın POS terminalları ləğv edilib.

Mia.az Kommersant.az-a istiandla xəbər verir ki, bu barədə QSC-dən məlumat verilib.

Bildirilib ki, ölkə daxilində 45 YDM-i olan SOCAR əvvəllər "RabitəBank"ın POS terminallarından istifadə edib. Lakin az əvvəl bu terminallar "Pasha Bank" və "Kapital Bank"-ın POSları ilə əvəzlənib.

Mia.az onu da xatırladır ki, az əvvəl bəzi hüquqi şəxslər tərəfindən “Rabitəbank” ASC-yə yerləşdirilən depozitlərin geri çəkilməsi barədə də dövü mətbuatda məlumat yayılmışdı.

Məlumat üçün onu bildirək ki, “Rabitəbank” ASC-nin səhmlərinin 40,6%-i Rauf Əliyevə, 34,64%-i Validə Abbasovaya, 14,44%-i Zakir Nuriyevə, 9,11%-i Dilarə Nuriyevaya, 1,07%-i Aslan Xasıyevə, 0,14%-i isə digər səhmdarlara məxsusdur.

Xatırladaq ki, bankın əsas səhmdarı olan Rauf Əliyev Dövlət Neft Şirkətinin (SOCAR) sabiq prezidenti, hazırda iqtisadiyyat nazirinin müavini olan Rövnəq Abdullayevin qızının əridir.

Mia.az xəbər verir ki, adıçəkilən bankın məhz Rövnəq Abdullayev SOCAR prezidenti vəzifəsindən azad olunmasından sonra "qara gün"ü başlayıb.

İddiya əsasən, R.Abdulayevin SOCAR-dan uzaqlaşdırılmasından sonra sözügedən bankn tədricən çökdürülmə prosesinə start verilib.

Yeri gəlmişkən, SOCAR bu yaxınlarda "Azərtürkbank"ı satın alıb, hətta SOCAR-ın iki-vitse-prezidenti bu bankın Müşahidə Şurasının üzvləri təyin olunublar. Bununla yanaşı, həmin bankın həm kadr, həm struktur, həm də vəsait cəlbində ciddi dəyişikliklər yaşanıb.

Elə isə ortaya belə bir haqlı sual da çıxır:  "RabitəBank"ın POS terminallarını ləğv edən SOCAR-ın rəhbərliyi niyə öz bankını qoyub özgə bankların - "Pasha Bank" və "Kapital Bank"-ın xidmətinə ehtiyac duyub?

Mpvzuya qayıdacağıq.

Samir Musayev

mia.az

Chosen
8
3
mia.az

7Sources