EN

Azərbaycan hər zaman öz mövqeyində haqqlıdır və beynəlxalq hüquq Azərbaycan dövlətinin tərəfindədir

Amerika və İsraildən bir neçə Yəhudi qurumları və lobbi təşkilatları  birgə kollektiv olaraq Avqustun 8-də baş tutmuş Vaşinqton görüşünə dair Azərbaycan dəstək ifadə ediblər. 

“İki sahil” xəbər verir ki, açıqlamada deyilir: 

Ermənistanla doğma Azərbaycan arasında 35 ilə yaxın uzun bir dövrü əhatə edən münaqişənin sona çatması və avqustun 8-də Vaşinqtonda tərəflər arasında sülhə doğru addımların atılması, Azərbaycana qarşı 30 ildən artıq davam edən ədalətsiz və ikili standartları əks etdirən, heçbir məntiqə və hüquqa əsaslanmayan azadlığa dəstək aktına edilən məkrli 907-ci düzəlişin ləğv edilməsi, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhlizin açılması, münaqişənin məhz sülh danışıqları formatında nizamlanması, Ermənistan tərəfinin sülh prosesində konstruktiv mövqe tutması və Azərbaycanla sülh prosesində maraqlı olması, Ermənistanın Azərbaycana dair absurd və əsassız ərazi iddialarından imtina etməsi, habelə Azərbaycan və ABŞ arasında münasibətlərdə yeni səhifənin açılması, dünyanın ən güclü və böyük dövləti ilə Azərbaycan arasındakı münasibətlərin dostluq müstəvisinə keçməsi, ABŞ-ın Azərbaycanın milli maraqları ilə heabalaşması və bölgədə davamlı sülhün bərqərar olmasına yüksək dəstək ifadə etməsi son dərəcə sevindirici haldır. Avqustun 8-də Vaşinqtonda liderlər arasında keçirilən zirvə görüşü Cənubi Qafqaz regionu üçün yeni bir işıqlı səhifə açdı və bu görüşdə əldə olunan nailiyyətlər Azərbaycan və Ermənistan xalqları üçün uğur gətirəcək. Həmçinin, 8 Avqust zirvə görüşündə əldə olunan nəticələr birmənalı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Diplomatiyadakı növbəti uğuru və Azərbaycana qazandırmış olduğu növbəti qələbədir. Azərbaycan ordusunun 5 il öncə hərb meydanında qazandığı şanlı qələbə nəticəsində Azərbaycan beynəlxalq hüququ bərpa etdi və BMT qətnamələrini təkbaşına icra etdi ki, bununla da regionda 30 ilə yaxın  pozulmuş haqq-ədalət bərpa oldu. Məhz Azərbaycan ordusunun 44 günlük müharibədə əldə etdiyi şanlı və parlaq qələbəsi nəticəsində Azərbaycan bu gün qalib ölkədir və cənab İlham Əliyev  Vaçinqtondakı görüşdə qalib ölkənin qalib lideri olaraq iştirak etdi. Vaşinqton görüşü həm də Azərbaycan diplomatiyasının qələbəsidir. Vaşinqton görüşü ATƏT-in Minsq qrupunun 30 illik yarıtmaz fəaliyyətini də sona çatdırdı. Vaşinqton görüşündə əldə olunan nəticələr açıq aşkar göstərdi ki, tərəflər özləri ATƏT-in Minsq qrupunun və digər təşkilatların yarıtmaz fəaliyyəti və müdaxiləsi olmadan da özləri sülhə nail ola və qarşılıqlı anlayış və hörmət əsasında razılığa gələ bilərlər. Bu istiqamətdə göstərdiyi səylərə və əzmkarlığa görə ABŞ prezidenti Donald Trampa da böyük təşəkkür və alqış düşür. Həm Azərbaycan və Ermənistan arasındakı sülhə aparan razılaşmaların əldə olunması, həm 907-ci düzəlişin ləğvi, həm Zəngəzur dəhlizinin Donald Trampın sülh missiyası ilə açılması və Naxçıvana maneəsiz gediş-gəlişin təmin edilməsi, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasının birləşdirilməsi, ATƏT-in Minsq Qrupunun ləğv edilməsi və ABŞ və Azərbaycan arasında strateji tərəfdaşlığa dair əlaqələrin gücləndirilməsi və buna dair momerandum imzalanması Azərbaycanın hərb meydanından sonra diplomatiyadakı uğuru və qələbəsidir. Azərbaycan hərb meydanında olduğu kimi Diplomatiyada da böyük zəfər qazandı. Azərbaycan və Ermənistan arasında sülhə doğru addım atılması və sülh sazişinin razılaşdırılması, münaqişənin əbədiyyən sona çatması, bölgəyə sülh və əmin-amanlığın hakim olması Cənubi Qafqaz regionuna böyük uğur gətirəcək. Zəngəzur dəhlizinə isə ABŞ şirkətlərinin nəzarət etməsi, Qarabağa və Azərbaycana böyük investisiya və kapital yatırımını artıracaq. Bir sözlə demək olar ki, bölgənin bütün siyasi abu-havası düzələcək və infrasutrukturu çiçəklənəcək.

Azərbaycan və Ermənistan arasında sülhə və hər iki ölkə arasındakı münasibətlərin düzəlməsinə, diplomatik əlaqələrin qurulmasına, həmçinin Tramp marşurutu adlandırılan və ticarət yolu olan Zəngəzur dəhlizinin açılmasına mane olmaq cəhdləri hər iki ölkəyə və hər iki ölkənin xalqına qarşı düşmənçilik cəhdidir. Azərbaycan və Ermənistan dövlətləri öz müqəddəratlarını özləri birlikdə diplomatik yolla danışıq apararaq həll etmək və münasibətlərini möhkəmləndirmək imkanındadırlar və hazırda buna heçbir əngəl ola bilməz.  Azərbaycan öz siyasətində və mövqeyində hər zaman haqqlı olub, hər zaman Azərbaycan dövləti tərəfindən haqlı və ədalətli siyasət aparılıb və heçbir ölkəyə və heçbir ölkənin vətəndaşına qarşı Azərbaycan tərəfindən heçbir zaman haqsızlıq edilməyib. Ümumiyyətlə Azərbaycan dövləti hər zaman hümanizm prinsiplərini üstün tutub və hər zaman beynəlxalq qanunlar çərçivəsində addım atıb. Hətta ermənilərə qarşı da hər zaman Azərbaycan dövləti tərəfindən ədalətli və hümanistcəsinə davranılıb. Azərbaycan dövləti qurulduğu gündən regionda heçbir dövlətin əleyhinə heçbir addım atmayıb və heçbir dövlətə zərər vurmayıb. Amma və lakin çox təəssüf ki, Azərbaycan 30 ilə yaxın işğala məruz qalıb, Qarabağ əhalisi 30 ildən artıq məcburi köçkün kimi yaşayıb, çətinliklərlə üzləşib, Azərbaycana külli miqdarda maddi və mənəvi zərər dəyib. Sevindirici haldır ki, Azərbaycan ordusunun qəhrəmanlığı və Azərbaycan Prezidentinin zəngin diplomatik təcrübəsi və parlaq siyasəti sayəsində bu gün Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib və artıq bölgədə Azərbaycanın bütün strateji maraqları ilə hesablaşılır. Və təsadüfi deyil ki, bu gün müstəqil Azərbaycan Respublikası özünün yüksək və sürətli inkişaf yolundadır.

Azərbaycan xalqı ilə Yəhudi xalqı tarixən qardaş xalq olub və min illərdir ki, Qafqazda Yəhudilərlə Azərbaycanlılar dostluq içərisindədirlər və qardaş xalq kimiyaşayırlar. Azərbaycan xalqı tarixən sülhsevər və tolerant xalqdır və burada əsrlərdir tolerant yaşam və multikultural ənənə mövcuddur. Azərbaycan dünyada yeganə ölkədir ki, burada heçbir zaman anti-semitizm, dini ayrıseçkilik olmayıb. Azərbaycan qanunlar ölkəsidir və burada bütün hüquqlar, qanunun aliliyi ən yüksək səviyyədə qorunur, buradakı bütün xalqlar qardaş kimi yaşayır və Azərbaycanda heçbir zaman heçbir ayrıseçkilik olmayıb. Azərbaycan hər zaman sülhün və beynəlxalq hüququn tərəfində olub. Bütün bu nümunəvi dəyərlər bütün dünyada analoqu olmayan göstəricidir və Azərbaycan bütün dünyada bir nümunə olan ölkədir. Azərbaycan dövləti hələ dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qurularkən bu nümunəvi dəyərlər üzərində qurulub. Tolerantlıq, multikultural dəyərlər, sülhsevərlik Azərbaycan dövlətinin prioritet siyasətidir və dahi şəxsiyyət Heydər Əliyev tərəfindən başladılan bu ali siyasət bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməkdədir. Azərbaycan və Ermənistan arasında başladılan sülh prosesi çox sevindirici və alqışalayiq addımdır. Sülh prosesi Azərbaycanın ərazi bütövlüyünə, milli, strateji və təhlükəsizlik maraqlarına hörmət çərçivəsində, məhz BMT Nizamnaməsinə uyğun olaraq dövlətlərin ərazi bütövlüyünə hörmət prinsipləri daxilində aparılmalıdır. Azərbaycan hər zaman öz mövqeyində haqqlıdır və beynəlxalq hüquq da Azərbaycan dövlətinin tərəfindədir.  Biz, hər zaman Azərbaycan xalqının və dövlətinin yanındayıq. Azərbaycan dövlətini və xalqını əldə olunan yüksək nailiyyətlər münasibətilə təbrik edir, Azərbaycan xalqına və dövlətinə daimi və əbədi sülh, firəvanlıq, əmin-amanlıq, uğur və nailiyyətlər diləyirik. Arzu edirik ki, doğma Azərbaycanın uğuru və yüksəlişi daimi və  əbədi olsun.

Amerikadakı Azərbaycan Yəhudi icması, 

ABŞ-dakı Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzi, 

"İsraildə Azərbaycan Evi" Diaspor Təşkilatı,

İsraildəki Dağ Yəhudilərinin Koordinasiya Şurası,

İsrail Təhlükəsizlik Akademiyasının Qafqaz və MDB ölkələri üzrə Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyi,

Dünya və Avropa Krav Maqa Federasiyalarının Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyi,

İsraildəki Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzi,

Təl-Əviv şəhəri Dağ Yəhudiləri Diaspora İcması.

Akko şəhəri Dağ Yəhudiləri Dini İcması,

Kiryat-Byalik şəhəri Dağ Yəhudiləri Diaspora İcması,

Pardes-Xana şəhəri Dağ Yəhudiləri Diaspora İcması. 

Ramle şəhəri Dağ Yəhudiləri Diaspora İcması.

Petax Tikva şəhəri Dağ Yəhudiləri Diaspora İcması. 

Hayfa şəhəri Dağ Yəhudiləri Diaspora İcması. 

Netanya şəhəri Dağ Yəhudiləri Diaspora İcması.

Chosen
8
3
ikisahil.az

4Sources