EN

İssık-Kuldan həyəcanlı xəbər: iki iranlı alpinistlə əlaqə kəsilib

Ajans.az TASS-a istiandən xəbər verir ki,Qırğızıstan prezidentinin İssık-Kul vilayətindəki nümayəndəliyindən məlumat verilib. “İki nəfərdən – Məryəm Pilehvari və Həsən Seyfullahdan ibarət İran komandası yoxa çıxıb və əlaqə saxlamır”, – məlumatda qeyd olunub. Bildirilir ki, alpinistlərin ola biləcəyi əraziyə pilotsuz uçuş aparatı ilə vizual baxış keçirilsə də, heç bir nəticə əldə olunmayıb.
“Onlar tapılmayıb, ehtimal ki, ölüblər”, – rəsmi açıqlamada vurğulanıb. Qeyd edək ki, hazırda Qırğızıstan dağlarında başqa bir xilasetmə əməliyyatı da aparılır. Belə ki, 47 yaşlı rusiyalı alpinist Nataliya Naqovitsına 7000 metrdən çox hündürlükdə, Pobeda zirvəsindən enərkən ayağını sındırıb və orada ilişib qalıb. Onunla birlikdə olan Rusiya vətəndaşı və bir italyan alpinistin isə həlak olduğu bildirilir.

 

Chosen
8
Ajans.az

1Sources