EN

Azərbaycançılıq milli ideologiyamıza yönəlik təxribatlara qarşı ən güclü silahdır

"Jurnalist Təşəbbüslərinin Təşviqi" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Milli ideologiyaya yönəlik təxribatlar əleyhinə fəaliyyətin təşviqi" layihəsi çərçivəsində internet televiziyasında verilişlərini davam etdirir.

Jurnalist Zahid Nurəliyevin aparıcısı olduğu verilişin budəfəki qonaqları Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu və jurnalist, araşdırmaçı, yazıçı və kolleksiyaçı Dilqəm Əhməddir.

Hikmət Babaoğlu: “Milli İdeologiya cəmiyyətin enerjisinin hərəkətverici qüvvəsidir. Onun hədəfləri, məqsədləri var. Ulu öndər Azərbaycançılıq ideologiyasının əsaslarını yaradanda o dövrün müxalifəti buna qarşı çıxırdılar. Deyirdilər ki, demokratik ölkələrdə milli ideologiyalara ehtiyac yoxdur. Milli ideologiyanın müxtəlif komponentləri olur. Kənar qüvvələr zaman-zaman bu komponentləri xaotikləşdirməyə çalışıblar. Xüsusilə də, dini müstəvidə bu özünü çox açıq biruzə verirdir. Milli müstəvidə də insanları çaşdıranlar vardı. Azərbaycançılıq ideologiyası bütün fikir ayrılıqlarını aradan qaldırsa da, bu gün də milli ideologiyaya yönəlik təxribatlara rast gəlinir”.

Dilqəm Əhməd: “Azərbaycanda ideoloji qarışıqlıq yaratmaq istəyən qüvvələr hər zaman olub. 90-cı illərin əvvəllərində bu sahədə xaos daha ciddi idi. Ateizmi təbliğ edən bir sistemdən çıxan cəmiyyətdə birdən-birə müxtəlif dini təriqətlər meydana gəldi. Onlar təhsil, media və digər idarəçilik sektorlarına nüfuz etdilər. Amma sonradan ifşa olundular, hər yerdən uzaqlaşdırıldılar. Paralel olaraq Azərbaycanda Qarabağın unutdurulmasına yönələn təbliğatlar aparılırdı. Milli ideologiya zərərlidir, müharibə pisdir, ermənilərə qalib gəlmək mümkün deyil kimi zərərli informasiyalar mütəmadi olaraq ortaya buraxılırdı. Azərbaycançılıq ideologiyası üzərində qurulan dövlətimiz isə bu cür təbliğatların kök salmasına imkan vermədi və xalqı milli ideologiya ətrafında birləşdirərək ölkənin ərazi bütövlüyünü, suverenliyini təmin etdi”

Chosen
6
2
publika.az

3Sources