EN

Növbəti vakansiya seçimi mərhələsinə start verilir

ain.az bildirir, Newscenter.az portalına istinadən.

22 avqust saat 11:00-dan etibarən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə start veriləcək. Newscenter.az xəbər verir ki, vakansiya seçiminə test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır.Qeyd edək ki, müddətli müqavilə ilə vakansiya seçimi zamanı namizədlər 4 vakant yer seçə bilərlər. Namizədlər 25 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.Müddətli müqavilə ilə vakansiya seçimi mərhələsində eyni zamanda 1000-ə yaxın vakansiyanın birləşdirilməsi nəticəsində formalaşan yerlər də namizədlərə təqdim olunacaq.Ruhiyyə Mehdiyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
16
24
newscenter.az

10Sources