AZ

Müddətli müqavilə ilə vakansiya seçimi zamanı namizədlər 4 vakant yer seçə bilərlər

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 20 avqust, AZƏRTAC

Avqustun 22-si saat 11:00-dan etibarən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə start veriləcək.

Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, vakansiya seçiminə test imtahanında ümumtəhsil proqramı üzrə minimum 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır.

Qeyd edək ki, müddətli müqavilə ilə vakansiya seçimi zamanı namizədlər 4 vakant yer seçə bilərlər. Namizədlər avqustun 25-i saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.

Müddətli müqavilə ilə vakansiya seçimi mərhələsində, eyni zamanda, 1000-nə yaxın vakansiyanın birləşdirilməsi nəticəsində formalaşan yerlər də namizədlərə təqdim olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
18
azertag.az

10Mənbələr