EN

ŞOK! Azərbaycanda məşqçi fırıldağa məruz qaldı: "Mənim adımdan pul alıblar"

«Kəpəz»in sabiq baş məşqçisi Azər Bağırov fırıldağa məruz qalıb.

Fırıldaqçılar onun adından müxtəlif şəxslərlə əlaqə saxlayaraq, maddi yardım istəyiblər.

O, bununla bağlı «votsap»da status paylaşıb:

«Mənim adımdan kömək istənilsə, bilin ki, bu, yalandır. Bir yaxın adamı artıq aldadıblar».

Əməkdaşımız bu hadisəylə bağlı Bağırovla əlaqə saxlayıb. Müsahib bildirib ki, üzləşdiyi olaydan şok olub:

«Bir qardaş var, ona yazıb mənim adımdan pul istəyiblər. O da verib.

Sonra həmin adam ikinci dəfə istəyib. Kim ki pul verib, qardaşımla əlaqə saxlayıb. soruşub, nə problem var?

Qardaşım da məndən maraqlandı bunu. Pulu verən şəxslə gecəyarısı əlaqə saxladım.,

Dedim ki, nəsə lazım olsa, sənə zəng vuraram, şükür, hər şey qaydasındadır. O da ki mənim adımdan pul istəyənlə əlaqə saxlayıb, nə qədər yığıb, zəng çatmayıb.

Açığı, çox narahatam oldum. Bu statusu da yazdım ki, hamı bilsin, eyni hal ikinci dəfə təkrar olunmasın».

SPORTİNFO.AZ

Chosen
8
sportinfo.az

1Sources