EN

Monteneqro sahillərində turistlərin olduğu qayıq batıb

Podqoritsa, 21 avqust, AZƏRTAC

Monteneqronun Bar şəhəri sahillərində turistlərin olduğu qayıq batıb.

AZƏRTAC xəbər verir ki, köməksiz vəziyyətdə qalan 8 turist ətrafdakı qayıqlar vasitəsilə xilas edilib.

Turistlərin Fransa vətəndaşı olduqları bildirilib. Qayığın fırtınalı hava səbəbindən aşdığı güman edilir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Podqoritsa

Chosen
12
2
azertag.az

3Sources