Podqoritsa, 21 avqust, AZƏRTAC
Monteneqronun Bar şəhəri sahillərində turistlərin olduğu qayıq batıb.
AZƏRTAC xəbər verir ki, köməksiz vəziyyətdə qalan 8 turist ətrafdakı qayıqlar vasitəsilə xilas edilib.
Turistlərin Fransa vətəndaşı olduqları bildirilib. Qayığın fırtınalı hava səbəbindən aşdığı güman edilir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa