EN

Çin Pakistanı diplomatiyası üçün prioritet adlandırır

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çinin xarici işlər naziri Vanq Yi Pakistanın baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar ilə görüşdən sonra bildirib ki, Çin Pakistana diplomatiyasının nümunəsi kimi baxmaqda davam edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

"Biz qonşularımıza qarşı diplomatiyamızda Pakistanı prioritetləşdirməyə davam edəcəyik və müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü müdafiə etməkdə ölkənizi qətiyyətlə dəstəkləyəcəyik", - nazir bildirib.

Vanq Yi əlavə edib ki, Çin terrorizmlə mübarizədə, milli birlik və sabitliyin təmin edilməsində, dinamik inkişaf və dirçəlişdə Pakistana dəstək verməyə hazırdır.

Aminə Şahsuvarqızı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
4
redaktor.az

5Sources