EN

Novxanı-Sumqayıt yolunda zəncirvari qəza: 3 avtomobil zərər gördü - ANBAAN VİDEO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini Fərid Zeynalov vəzifəsindən azad edilib.

Avtosfer.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, bu barədə nazir Anar Əliyev müvafiq imzalayıb.

Fərid Zeynalov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə (ETX) yeni rəhbər təyin edilib. ETX-nin sabiq rəisi Samir Germanoviç Rəsulov isə müvafiq əmrlə vəzifəsindən azad olunub.

Qeyd edək ki, Samir Rəsulov 2023-cü ilin avqustunda ETX-nin rəisi təyin edilmişdi.

1985-ci ildə Bakı şəhərində anadan olmuş Fərid Zeynalov hazırkı vəzifəsinə qədər DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini vəzifəsində çalışıb. O, 2014-cü ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sektor müdiri, 2019-cu ildən isə E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri olub.

Chosen
12
avtosfer.az

1Sources