Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub.
Bizim.Media xəbər verir ki, bununla bağlı Naxçıvan MR-in Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri İlqar Sadıqov əmr imzalayıb.
Əmrə əsasən, Əmirov Turab Siyasət oğlu Komitənin Aparat rəhbəri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, T.Əmirov bu təyinata qədər Naxçıvan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Maliyyə və Təminat şöbəsinin müdiri vəzifəsində çalışıb.
Bizim.Media