Bakı. Trend:
İtaliyanın “Roma” komandasının İngiltərə təmsilçisi "AstonVilla"dan icarəyə götürdüyü Leon Beyli sıradan çıxıb.
Trend bu barədə ölkənin yerliKİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, 28 yaşlı hücumameyilli yarımmüdafiəçi yenikomandası ilə çıxdığı ilk məşqdə bud sümüyündən zədə alıb.
Qeyd edək ki, Leon Beyli “Aston Villa”ya 2021-ci ildəAlmaniyanın “Bayer” klubundan transfer olunmuşdu.