"Qalatasaray" müdafiəçisi Viktor Nelssoni İtaliyanın "Hellas Verona" klubuna icarəyə verib.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
İtaliya klubu danimarkalı futbolçu üçün "sarı-qırmızılı" kluba 650 min avro ödəyəcək.
Futbolçu 2025/2026 mövsümünün sonuna kimi İtaliyada oynayacaq.