EN

"Bayer"in əsas hədəfinə çevrildi

style='margin-bottom:10px;'>

Leverkuzen "Bayer"i "Nissa"nın futbolçusu Jonatan Klossla maraqlanır. 

QOL.az xəbər verir ki, bu barədə "Footmercato" məlumat yayıb.

Almaniya klubu 32 yaşlı cinah müdafiəçini yay transfer pəncərəsinin qalan hissəsi üçün əsas hədəf seçib. Artıq tərəflər arasında danışıqlara start verilib və proses kifayət qədər məhsuldar irəliləyir. 

Bildirilir ki, hələ yekun razılıq əldə olunmayıb — bir çox detallar üzrə kompromis tapılmalıdır.

Qeyd edək ki, daha əvvəl mətbuatda futbolçunun İtaliya A Seriyası klubları ilə də əlaqələndirildiyi bildirilmişdi.

Chosen
8
1
teleqraf.com

2Sources