EN

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Kəlbəcər şəhərinin sakinləri ilə səmimi söhbəti (FOTO)

Bakı. Trend:

Xəbər verildiyi kimi, avqustun 21-də AzərbaycanRespublikasının Prezidenti İlham Əliyev və birinci xanım MehribanƏliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisindəfərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, burayaköçən sakinlərlə görüşüblər.

Trend xəbər verir ki,dövlətimizin başçısı Kəlbəcər şəhərinin sakinləri ilə səmimi söhbətedib.

Prezident İlham Əliyev: Kim söz deməkistəyir?

Sakin Cəlil Alıyev: Cənab Prezident, cənab AliBaş Komandan, çox hörmətli Mehriban xanım, Sizi kəlbəcərliləradından salamlayırıq. Doğma yurdumuza xoş gəlmisiniz! Bütünçıxışlarınızı diqqətlə izlədik, bəyənirik, alqışlayırıq. Bütün buhadisələrin qəhrəmanı Sizsiniz. Bir daha Sizə təşəkkür edirik.Bilirik ki, Kəlbəcər xalqı, Kəlbəcər camaatı aşıqlar diyarıdır,şairlər diyarıdır. Ona görə də gözəl şairimiz Sücaət 32 il bundanqabaq yazırdı:

Sücaət, neyləyək, baxt belə baxtdır,

Darıxma, hər şeyi həll edən vaxtdır.

Bir gün gülə-gülə qayıdacaqdır,

Ağlaya-ağlaya köçən Kəlbəcər.

Bu hadisələrin səbəbkarı Sizsiniz. Sizə təşəkkür edirəm. Sağolun, var olun.

Prezident İlham Əliyev: Təşəkkür edirəm, sağolun.

Cəlil Alıyev: Həmişə Sizin yanınızdadurmalıyıq. Bir olmalıyıq. Yumruq kimi birləşməliyik. “BöyükQayıdış”ı başa çatdırmalıyıq. Mənim qızım Hökumənin sözü olmasın,hər şey yaxşı olacaq. Bir daha təşəkkür edirəm Sizə.

Sakin Fənarə Sadıqova: Möhtərəm Ali BaşKomandan, cənab Prezidentimiz, çox sevimli əzizimiz Mehriban xanım,əziz qonaqlar və həmvətənlərim. Bu gün illərdən sonra böyük qürurhissi ilə doğma yurdum cənnət Kəlbəcərimdə Sizi salamlayıram. DahiUlu Öndərimizin başladığı siyasəti Siz məharətlə, qətiyyətlə,yuxusuz gecələrinizə, gərgin günlərinizə baxmayaraq davam etdirərəkbəşəriyyətdə analoqu olmayan Zəfər tarixi yazdınız. İşğal olunantorpaqlarımızı geri qaytardınız, cənab Prezident. Bir sıra çoxvacib sazişlərə imza atdınız. Biz Sizinlə qürur duyuruq. Biz həmişəSizin yanınızdayıq. Allah Ulu Öndərimizə rəhmət eləsin ki, Sizinkimi ləyaqətli davamçı qoyubdur. Sizin prezidentlərlə görüşlərinizihər dəfə televiziyada izləyərkən şux duruşunuzu, natiqliyiniziböyük həyəcan və sevinc hissi ilə müşahidə edirik – Siz əslpoliqlotsunuz. Siz müxtəlif dillərdə çox natiq danışırsınız,onların özlərindən də gözəl olur. Biz bununla qürur duyuruq. Buistedad Allah tərəfindən hər prezidentə verilmir.

Cənab Prezident, mən bir haşiyə çıxmaq istəyirəm. Üzrlü sayın,mən bunu deməsəm, atamın ruhu məni bağışlamaz. Hələ 1992-ci ildəhərc-mərclik, özbaşınalıq baş alıb gedəndə sadə sürücü olan atam, -o Kəlbəcərdə yaxşı insan kimi tanınırdı, - bu hadisələrdən çoxnarahat idi. Atam gedib, - o vaxt Ulu Öndərimiz Ali Sovetin sədriidi,- öz adından ona teleqram vurur ki, Azərbaycan batır, Sizburada lazımsınız. Ulu Öndərimiz 1998-ci ildə prezident seçiləndəatamın çıxışını verirlər. Sonra Prezidentimiz bayrağı öpür vəkürsüyə qalxır. O, mənim atamdır. Çox əfsuslar olsun ki, atamŞuşanın alındığı gün dünyasını dəyişdi.

Prezident İlham Əliyev: Allah rəhməteləsin!

Fənarə Sadıqova: Allah ölənlərimizə rəhməteləsin. Atalarımızın ruhu şaddır bu gün. Ulu Öndər Sizin kimilayiqli övladı yerində qoyub gedib. Bu gün mənim atamın da ruhuşaddır, biz bu arzumuza çatmışıq. Doğma Kəlbəcərimizdə, eləcə dəQarabağda böyük quruculuq işi gedir. Bunu Siz edirsiniz. Biz Sizəminnətdarıq. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığıdiləyirik. Möhtərəm Prezidentimiz, biz Sizə bu ağır işinizdə, bufəaliyyətinizdə uğurlar, ailənizə, özünüzə cansağlığı arzulayırıq.Biz həmişə Sizin arxanızdayıq. Sizin dediyiniz kimi, “YaşasınAzərbaycan! Qarabağ Azərbaycandır!”.

Prezident İlham Əliyev: Sağ olun, xoş sözlərəgörə təşəkkürümü bildirirəm.

Kəlbəcər ölkəmizin ən gözəl rayonlarından biridir. Hər dəfəburaya gələndə Mehriban xanım və mən maşından izləyirik vəbir-birimizə deyirik ki, nə gözəl diyardır, nə gözəl mənzərədir.Bunun dünyada tayı-bərabəri yoxdur. Amma siz də yaxşı bilirsinizki, Kəlbəcər həmişə ucqar rayon sayılırdı, çünki yollar yox idi.Yüz il bundan əvvəl, ümumiyyətlə, yol yox idi, ancaq atlarlahərəkət etmək mümkün idi. Ondan sonra sovet hakimiyyəti dövründəçəkilmiş o yollar da çox təhlükəli idi, ensiz idi. Biz Mehribanxanımla işğaldan sonra ilk dəfə Kəlbəcərə, təbii ki, Öməraşırımından gəldik. O vaxt o yol da demək olar ki, yox idi, bircığır idi və həm də çox təhlükəli idi. Amma o qədər əzəmətlimənzərə ilə üzləşdik ki, çətinlik heç özünü hiss etdirmirdi.Göygöldən gələndə Ömər aşırımından hər dəfə aşağıya baxarkən butəbiətə valeh olurduq. Eyni zamanda, mən o vaxt dərhal göstərişverdim ki, biz mütləq Gəncə istiqamətindən Kəlbəcərə müasir yolçəkməliyik. Çünki bilirsiniz ki, o vaxt biz Ağdərə-Kəlbəcəryolundan istifadə edə bilmirdik. Ona görə dərhal işlər başlandı vəbu gün biz Mehriban xanımla Kəlbəcərə gələndə daha Ömər aşırımındanyox, ilk dəfə olaraq tuneldən keçdik. Bu da uzunluğuna görəAvropada beşinci tuneldir. Təxminən 12 kilometr uzunluğunda ənböyük tunel. Amma yol boyunca beş tunel artıq var. Ən uzun tunelidə biz bu gün açdıq. Düzdür, hələ yəqin ki, yeddi-səkkiz ay vaxtlazım olacaq ki, onun içərisi də tam düzəlsin. Ondan sonraKəlbəcərdən Gəncəyə, Göygölə getmək çox rahat olacaq. Yəni, bizKəlbəcəri ölkəmizin qərb bölgəsi ilə birləşdiririk.

Digər yol, - onu da biz indi inşa edirik, - Ağdərə-Kəlbəcəryoludur. O da Naftalandan gələn yoldur. O yol olub, işğal dövründəişğalçılar istifadə ediblər. Mən o yol ilə də gəlmişəm. O da çoxnarahat yoldur. Kələ-kötür yoldur. Ona görə biz o yolu dagenişləndiririk, düzəldirik.

Üçüncü istiqamət isə Kəlbəcər-Laçın yoludur. Mən o vaxtGöygöldən Kəlbəcərə, Kəlbəcərdən ta Laçına qədər getmişdim. Mənömrümdə bunun kimi təhlükəli yol görməmişdim və siz də o yolu yəqinki, xatırlayırsınız. İndi biz o yolu da dördzolaqlı tunellərlə,körpülərlə tamamilə yeni görkəmə salırıq. Laçının Qorçu kəndindəbeynəlxalq hava limanı da istifadəyə verilib. Biz o yerinseçilməsində də çətinlik çəkirdik. Çünki Kəlbəcərdə və Laçında birdənə də düz yer tapa bilməmişdik ki, orada uçuş-enmə zolağı inşaedilsin. Bir dənə də düz yer yoxdur. Amma mən istəyirdim ki,aeroport həm Kəlbəcərə, həm Laçın şəhərinə yaxın olsun. Ona görə oyer seçildi. Dedilər ki, burada da bunu etmək mümkün deyil, gərəkdağları kəsək. Dedim kəsmək lazımdırsa, kəsək. Əminəm ki, buaeroport sayəsində bura gələnlər üçün çox gözəl bir turizm mərkəziolacaq. Yəni, üç istiqamətdən yol, - Gəncə, Laçın, həttaZəngilandan ta Kəlbəcərə qədər, bir də Naftalan, Ağdərə, Sərsəng,Kəlbəcər, - üç tərəfdən rahat əlaqələndirmə olacaq və əlbəttə ki,bu, bölgənin canlandırılması üçün böyük imkanlar yaradacaq: işadamları, hotellər, turizm kompleksləri. Yəni, planlarımız çoxböyükdür. Mən artıq bəyan etmişdim ki, biz kanat yollarını daçəkməyə başlayırıq. Birincisi, Laçında. Siz Laçın şəhərini də yaxşıtanıyırsınız, Həkəri çayından da Laçının yuxarı məhəlləsinə məsafəböyükdür. Həm də hündürlük fərqi də böyükdür. Laçın şəhərində kanatyolu yəqin ki, gələn il hazır olacaq. İkinci kanat yolu isəXankəndi-Şuşadır, onun da təməlini qoyduq. Üçüncü kanat yolu daKəlbəcərdə olacaq. Onun da yerinə baxmışıq. Bura çox gözəlmənzərəli yerlərdir, həm də cənnətdir. Amma buranı cənnət etməküçün gərək bax, belə gözəl şərait olsun. Bunu da biz edirik. Onagörə bir daha sizi təbrik edirəm. Xoşbəxt yaşayın, cansağlığıarzulayıram. Sağ olun.

x x x

Sonra açarların təqdim edilməsi mərasimi oldu.

x x x

Sakin Hikmət Şahmuradov: Çox sağ olun, cənabPrezident, təşəkkür edirəm, minnətdaram. İcazənizlə, cənabPrezident, Sizə öz təşəkkürümü, minnətdarlığımı bildirirəm. Sizinçıxışlarınıza hər zaman diqqətlə qulaq asmışıq. Sizi fəxarətləizləyirik, cənab Prezident. Mən Sizi sülhün, xoşbəxtliyin banisikimi tanıyıram. Mən ümidvaram ki, Sizin bu missiyanız dünyada özsözünü deyəcək və bəşəriyyət Sizdən örnək götürərək sülhü bərqəraredəcək. Dünyamız da, Azərbaycanımız da xoşbəxt, əmin-amanlıqşəraitində yaşayacaq.

Sakin Fənarə Sadıqova: Allah Sizi vəsevdiklərinizi qorusun. Tunel üçün də xüsusi təşəkkürümübildirirəm, var olasınız.

Prezident İlham Əliyev: İndi Gəncəyə buradan,Kəlbəcərdən yəqin ki, 1 saat yarıma gedəcəksiniz. Bir məsələni dədemək istəyirəm. Bu gün tunelin açılışını edəndə bir göstəriş dəverdim. İndi onun üzərində işləyəcəklər ki, Toğanalıdan ta Gəncəyəqədər də baxsınlar, biz o yolu da qısaldaq, çünki o yol da bir aznarahatdır. Orada da bəlkə bir yox, bir neçə tunel inşa ediləcək. Oolarsa, onda Gəncədən Kəlbəcərə rahat 1 saat, 1 saat 10 dəqiqəyəgəlmək mümkün olacaq.

Sakin Fənarə Sadıqova: Necə deyək, Siz çoxnamümkünü mümkün etdiniz. Var olun!

Mehriban xanım, istəyərdim Sizi qucaqlayım. Biz Sizi sevirik,Allah balalarınızı qorusun, Allah Sizə uzun ömür versin, var olun,biz Sizi çox sevirik.

x x x

Sonra birgə foto çəkdirildi.

x x x

Sakin: Qoy hər zaman Azərbaycan bizi uğurlarıilə sevindirsin. Bütün əmin-amanlıq, xoşbəxtlik həmişə xalqımızlaolsun.

Prezident İlham Əliyev: Köçkünlük dövrü bitdi.İndi burada yerləşirsiniz. O biri yaşayış kompleksləri dətikiləcək. Bura gözəl bir şəhər olacaq.

Sakin: Sizin rəhbərliyinizlə. İnşallah. AllahSizi var eləsin.

Prezident İlham Əliyev: Sovet vaxtında buranınəhalisi nə qədər idi?

Sakin: Şəhərin əhalisi 7-8 min nəfər idi.

Prezident İlham Əliyev: 7-8 min. İndi bu dördyaşayış kompleksində 10 min nəfər yaşayacaq.

Sakinlər: İnşallah.

Prezident İlham Əliyev: Yəni, ovaxtkından dahaçox. Amma gələcəkdə əlbəttə ki, daha çox. Sən işğal dövründə haradayaşamısan? Bakıda?

Sakin: Bəli.

Prezident İlham Əliyev: İstisu indiməşhurlaşır. Prezidentlərə göndərirəm. Amerikaya da aparmışamözümlə.

Qadın sakin: Mən Sizə təşəkkürümü bildirirəm.Atam 1993-cü ildə şəhid olub.

Prezident İlham Əliyev: Allah rəhməteləsin.

Qadın sakin: Bu gün Sizinlə, ailə üzvlərinizlə,dövlətimizlə fəxr edirəm. Ona görə ki, atamın şəhid olduğu butorpağa mən bu gün Sizin sayənizdə ayaq basa bilmişəm, gələbilmişəm. Sizə minnətdarlığımı bildirirəm. Bütün xalqımız Sizinləqürur duyur. Hər zaman var olasınız.

Prezident İlham Əliyev: Allah bütünşəhidlərimizə rəhmət eləsin. Onların qanı yerdə qalmayıb.

Qadın sakin: Qalmayıb, bəli, çox şükür.

Prezident İlham Əliyev: Onların qanını yerdəqoymadıq. Həm Birinci, həm İkinci Qarabağ müharibələrininşəhidlərinin qisasını biz döyüş meydanında aldıq. Bu, bütün şəhidövladları üçün bir təsəllidir.

Qadın sakin: Bu gün biz qürur hissi iləburadayıq, torpağımızdayıq. Sizin sayənizdə. Minnətdarıq Sizə.

Mehriban xanım Əliyeva: Siz də gəlin, butərəfdə dayanın.

Qadın sakin: Yanınıza keçmək olar?

Prezident İlham Əliyev: Bəli. İşğal dövründəharada yaşamısan?

Qadın sakin: Mən Göygöldə.

Prezident İlham Əliyev: Göygöldə?

Qadın sakin: Bəli. Arzu edirəm verdiyiniz buaçarlar xeyirli qapılar açsın, İnşallah.

Prezident İlham Əliyev: Bəli. Gəlin. Burada işyerləri ilə bağlı da tədbirlər görülür. Burada həm yaşayış, həm işyerləri olmalıdır.

Qadın sakin: İnşallah.

Prezident İlham Əliyev: Burada gözəl məktəbtikilir.

Qadın sakin: Bəli, Allah Sizi var eləsin.

Sakinlər: İnşallah, İnşallah, əslvətənpərvərlər yetişsin.

Qadın sakin: Bu oğlan ikinci sinifdə oxuyurdu.İndi bu gün gözəl İstisuyumuzun laboratoriyasında işləyir.

Prezident İlham Əliyev: İndi orada işləyir?

Sakin: Bəli, orada işləyir. Mən yerimizlə,yurdumuzla, xalqımızla fəxr edirəm.

Prezident İlham Əliyev: İstisuyu da biz bərpaetdik, birinci layihələrdən biri idi. Özü də biləsiniz, sovetvaxtındakı İstisu ilə indikinin arasında böyük fərq var.

Sakinlər: Bəli.

Prezident İlham Əliyev: İndi laboratoriyadankeçirmişik, xarici mütəxəssislər baxıblar. Onun tərkibində bəzimaddələr var ki, standartlara uyğun deyildi, tam təmizləndi, indidünyanın ən yaxşı suyu oldu.

Qadın sakin: Bəli, təmizləmədə iştirakedirəm.

Prezident İlham Əliyev: Siz də oradaişləyirsiniz?

Qadın sakin: Bəli. Cənab Prezident, Sizinləşəkil çəkdirmək olar?

Prezident İlham Əliyev: Bəli, gəlin.

Kişi sakin: Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun. Anandır?

Qadın sakin: Buraya gəlmişik, Allah qoysa,burada çalışacağıq.

Prezident İlham Əliyev: Məsələn, neçə dəqiqəyəgedirsən?

Qadın sakin: 15 dəqiqəyə çatıram.

Prezident İlham Əliyev: 15 dəqiqəyə. Gələn ilhotel də istifadəyə veriləcək. Orada da yüzlərlə iş yeriolacaq.

Qadın sakin: Allah qismət eləsin.

Prezident İlham Əliyev: “İstisu” sanatoriyasınıda dağıdıblar, görmüsünüz? Bilmirəm, getmisiniz ya yox. Amma indinecə gözəl tikilib, görmüsünüz?

Kişi sakin: Çox gözəldir.

Prezident İlham Əliyev: Gəlin, hamımız birlikdəşəkil çəkdirək.

Kişi sakin: Çox sağ olun, cənab Prezident.Allah Sizə ömür versin. Allah Sizi var eləsin.

Qadın sakin: Qızım gəlir, gəlsin onunla daçəkdirək?

Mehriban xanım Əliyeva: Gəlsin, əlbəttə.Balacanı da gətirib. Üçaylıq körpəsi ilə gəlib.

Qadın sakin: Birinci dəfədir Kəlbəcərə ayaqbasır.

Prezident İlham Əliyev: Bəli, nə gözəl.

Mehriban xanım Əliyeva: Üç ayı oldu. Bu, Əlibalamızdır?

Qadın sakin: Bəli.

Mehriban xanım Əliyeva: Əliş, gedək, görək.

Qadın sakin: Çox sağ olun, Allah sizlərəcansağlığı versin. Mehin, gəl də, istəmirdin Mehriban xanımla şəkilçəkdirmək?

Qadın sakin: Gəlirəm.

Mehriban xanım Əliyeva: Gör kimi gətirirəm? Əlibalamızı.

Prezident İlham Əliyev: Gəl balaca, bir yerdəşəkil çəkdirək. Anası hansıdır?

Mehriban xanım Əliyeva: Nənə də gəlsin.

Prezident İlham Əliyev: Nənəsi haradadır?

Mehriban xanım Əliyeva: Nənə də buradadır.

Qadın sakin: Allah sizlərə cansağlığıversin.

Prezident İlham Əliyev: Adı Əlidir?

Sakin: Bəli, Əlidir.

Qadın sakin: Allah saxlasın.

Mehriban xanım Əliyeva: Allah saxlasın, böyükoğlan olsun.

Qadın sakin: Allah hamınıza cansağlığıversin.

Digər qadın sakin: Çox sağ olun, minnətdaramSizə.

Qadın sakin: Bizim də Mehriban xanımlaşəklimizi çək.

Kişi sakin: Müharibə qurtaran vaxt mən bir şeiryazmışdım. Onun axırıncı kupletini deyim.

Adaşımdır Baş Komandan,

Saxlasın Ulu Yaradan,

Bu əsgərdən, bu ordudan,

İlham, tərif yaz dəftərə,

Bəyan olsun nəsillərə,

Əhsəndir bu hünərə,

Gəlin gedək Kəlbəcərə.

Prezident İlham Əliyev: Çox sağ olun.

Qadın sakin: Kitabı da gətirmişik, Sizə təqdimetməyə.

Prezident İlham Əliyev: Sağ olun.

Qadın sakin: Həmişə bayraqların uca olsun, heçvaxt enməsin.

Prezident İlham Əliyev: Enməyəcək İnşallah.Ancaq biz qabağa gedəcəyik. Burada şəraitiniz necədir?Yaxşıdır?

Qadın sakin: Bəli, çox sağ olun.

Prezident İlham Əliyev: Bəli, mən də baxdım,çox gözəldir. Geniş otaqlardır, qaz da var. Sovet vaxtında buradaqaz olmayıb.

Qadın sakin: Yox, olmayıb, məcburən meşələriqırırdıq.

Prezident İlham Əliyev: Bəli, meşələriqırırdılar. Buraya qaz çəkmək asan məsələ deyildi.

Qadın sakin: Çox çətindir.

Kişi sakin: Dağları yarıb gətirmək çoxçətindir.

Qadın sakin: Görürük, neçə yerdə quruculuqişləri görürsünüz. Allah Sizə ömür versin.

Prezident İlham Əliyev: Olmalıdır, siz neçə iləziyyət içində yaşamısınız. Həm fiziki əziyyət, həm mənəvi əzablarçəkmisiniz.

Qadın sakin: Bəli, mənəvi əzablar çoxçəkmişik.

Prezident İlham Əliyev: Çətin, çadır şəhərciyi.Öz yerindən didərgin düşmək çox ağır taledir. Özü də bir il yox, onil yox, otuz il.

Kişi sakin: 32 il.

Prezident İlham Əliyev: Bəli, 1993-cü ilinaprelindən çıxmısınızsa 32 il. Ona görə, sizin üçün ən gözəl şəraityaradılmalıdır. Bu da İsveçrə layihəsidir. İsveçrədəki şəhərlərətam uyğundur. Bəli, həm memarlıq, həm də daxildəki dizaynbaxımından. Bilirsiniz, İsveçrə dünyada insanın həyat keyfiyyətinəgörə birinci yerdədir. Ona görə, biz Kəlbəcər üçün bunuseçmişik.

Kişi sakin: Bu havaya, bu iqlimə yaraşandırelə.

Prezident İlham Əliyev: Bəli. Necə də gözəldir,o tərəf, bu tərəf gözəl binalardır. Cansağlığı ilə yaşayın.

Kişi sakin: Çox sağ olun, cənab Prezident.

Prezident İlham Əliyev: Sağlığınıza qismət.

Kişi sakin: Allah Sizi var eləsin.

Qadın sakin: Təşəkkür edirik. Allah Siziqorusun.

Prezident
Prezident
Prezident
Prezident
Prezident
Prezident
Prezident
Prezident
Prezident
Prezident
Prezident
Prezident
Prezident
Prezident
Prezident
Chosen
24
33
az.trend.az

10Sources