“Yaxın iki həftə ərzində dünya Ukraynadakı müharibənin bitib-bitirməyəcəyini öyrənəcək.”
APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
O həmçinin əlavə edib ki, hər iki tərəfi danışıqlar masasına oturtmaq üçün fərqli taktikalardan istifadə etməli olacaq.
Tramp Ukrayna prezidenti Volodimir Zelenski haqqında da bir neçə kəlmə əlavə edərək belə deyib: "Zelenski çox yaxşı görünürdü. O, var gücü ilə vuruşur. Bu, çətin müharibədir".