AZ

Tramp Ukrayna böhranını bitirmək üçün fərqli taktika seçə bilər

“Yaxın iki həftə ərzində dünya Ukraynadakı müharibənin bitib-bitməyəcəyini öyrənəcək.”

Bunu ABŞ prezidenti Donald Tramp deyib.

O həmçinin əlavə edib ki, hər iki tərəfi danışıqlar masasına oturtmaq üçün fərqli taktikalardan istifadə etməli olacaq.

Tramp Ukrayna prezidenti Volodimir Zelenski haqqında da bir neçə kəlmə əlavə edərək belə deyib: “Zelenski çox yaxşı görünürdü. O, var gücü ilə vuruşur. Bu, çətin müharibədir”.

MənbəAPA
Seçilən
4
6
banker.az

8Mənbələr