EN

Astarada motosiklet qəzası ölümlə NƏTİCƏLƏNDİ - FOTO

Astarada baş verən yol qəzasında 30 yaşlı motosiklet sürücüsü həyatını itirib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə axşam saatlarında rayonun Züngüləş kəndi ərazisində qeydə alınıb.
 

Ərçivan qəsəbə sakini, 1995-ci il təvəllüdlü Hüseyn Araz oğlu Əliyev idarə etdiyi motosikletin idarəetməsini itirərək İstisu yolunda yol kənarındakı internet dirəyə çırpılıb.


Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.






Sabutay, Bizim.Media, Cənub bürosu

Chosen
8
bizim.media

1Sources