EN

İsrailin Baş Naziri Qəzza sektoruna səfər edib

İsrailin Baş Naziri Binyamin Netanyahunun Qəzza sektoruna səfəri zamanı şəhərin ələ keçirilməsi əməliyyatının planını təsdiqləmək məqsədilə səfər etdiyi bildirilib.

Editor.az xəbər verir ki,məlumat İsrail hökumətinin rəsmi saytında yer alıb.

Netanyahu bildirib: «Biz qərar qəbul etmə mərhələsindəyik. Bu gün mən Qəzza sektoruna gəldim ki, müdafiə naziri ilə birlikdə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) təqdim etdiyi Qəzza şəhərinin ələ keçirilməsi və HƏMAS-ın zərərsizləşdirilməsi planını təsdiqləyim».

Baş Nazir həmçinin dərhal girovların azad olunması və münaqişənin dayandırılması ilə bağlı danışıqların aparılmasını tapşırıb və bildirib ki, məqsədlərə İsrail üçün qəbul edilə bilən şərtlərlə çatmaq vacibdir.

//Samir Qurbanov, Editor.az

Chosen
12
editor.az

1Sources