Tovuz rayonunda 57 yaşlı kişinin ölümü ilə nəticələnən yol qəzası baş verib.
KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yolu keçmək istəyən İbrahim Hacılı kənd sakini, 1968-ci il təvəllüdlü Məhərrəm Abbasovu vurub.
Kişi aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma başlanılıb.