Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinəYasamal rayonunda 1 nəfərin vaqon tipli evdə bağlı qapı arxasındaköməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə Trend-əFHN-dən bildirilib.
Məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətininmüvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.
Tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvilverilib.