EN

KİV: Tramp MKİ-nin Rusiya üzrə analitikini işdən çıxarıb

ABŞ Prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Rusiya ilə bağlı ən yüksək vəzifəli analitiklərindən birini işdən çıxarıb.

“Report” xəbər verir ki, bu barədə “The Economist” mənbələrə istinadən yazır.

Nəşrin məlumatına görə, MKİ əməkdaşı 20 ildən çox kəşfiyyatda işləyib. 2016-cı ildə o, Rusiyanın prezident seçkilərinə müdaxiləsi ilə bağlı hesabatın hazırlanmasına rəhbərlik edib.

Nəşr iddia edir ki, Avqustun 19-da ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard onu, eləcə də digər 36 hazırkı işçini və keçmiş əməkdaşı Konstitusiyaya andlarına xəyanət ittihamı ilə təhlükəsizlik icazəsindən məhrum etdikdən sonra həmin şəxsin karyerası başa çatıb.

Bundan əlavə, kadr təmizliyi Rusiyanın seçkiyə müdaxiləsi ilə bağlı hesabatın müəllifləri, həmçinin kəşfiyyatın ən yüksək vəzifəli şəxsləri arasında adları çəkilən Şelbi Pirson və Vin Nquyeni də əhatə edib.

Chosen
22
report.az

1Sources