ABŞ prezidenti Donald Tramp Rusiya ilə bağlı məsələlərə nəzarət edən MKİ-nin baş analitikini işdən çıxarıb.
News24.az xəbər verir ki, bu barədə “The Economist” məlumat yayıb.
“Əməkdaş 2016-cı ildə Rusiyanın Trampın xeyrinə prezident seçkilərinə müdaxiləsi ilə bağlı hesabatın hazırlanmasına rəhbərlik edib”, – məqalədə deyilir.
İşdən çıxarılmalar hesabatın digər müəllifləri Şelbi Pearson və idarədə mühüm vəzifələrdə çalışan Vinh Nquyenə də təsir edib.