EN

Yəməndə DƏHŞƏTLİ SUİ-QƏSD - Yüksək vəzifəli məmurun avtomobili partladıldı

Yəmənin cənub-qərbində yerləşən Təiz şəhərində Rayon Polis İdarəsinin rəisi polkovnik-leytenant Abdullah Nakib avtomobilinə yerləşdirilmiş partlayıcı ilə törədilən sui-qəsd nəticəsində həyatını itirib.

Paralel.az xəbər verir ki, bu barədə "Star" məlumat yayıb.

Təhlükəsizlik mənbələrinin verdiyi məlumata görə, partlayıcı avtomobilin Cəmal küçəsindən keçdiyi anda partlayıb.

Partlayışdan sonra xəstəxanaya aparılan Nakibi xilas etmək mümkün olmayıb.

Yəmən Daxili İşlər Nazirliyinin açıqlamasında da Nakibin avtomobilinə yerləşdirilmiş bombanın partlaması nəticəsində öldüyü təsdiqlənib.

Nazir İbrahim Haydan bildirib ki, hüquq-mühafizə orqanları hücum edənləri tutmaq, ədalət qarşısına çıxarmaq və onların çəkindirici cəza almasını təmin etmək üçün çalışır.

Ölkənin ən sıx məskunlaşdığı şəhər olan Təiz hazırda hökumətin nəzarətindədir. Təiz cənubda, başda Ədən olmaqla, digər vilayətlərə gedən əsas yol üzərində yerləşdiyi üçün strateji əhəmiyyət daşıyır.(Publika.az)

Chosen
38
4
paralel.az

5Sources