EN

Almaniyada “qırmızı” alan eloğlu: "Həmin an nə düşündüyümü bilmirəm"

"Dinamo"nun (Berlin) azərbaycanlı hücumçusu Rüfət Dadaşov Almaniya kubokunun 1/32 finalında “Bohum”la oyunda (1:3) qırmızı vərəqə ilə cəzalandırılması haqda fikir bildirib.

Sportinfo.az xəbər verir ki, “Bild”ə danışan millimizin keçmiş hücumçusu həmin vəziyyəti belə izah edib:

"Həmin anda nə düşündüyümü özüm də bilmirəm. İkinci Bundesliqadan olan komandaya qarşı oynayanda bir az çirkin davranmalısan.

Mübarizələrdə sərt olmalısan, bəlkə daha da kobud oynamalısan”.

Xatırladaq ki, Rüfət 102-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

Chosen
64
sportinfo.az

1Sources