EN

AFFA-nın baş katibinin müavini və sədr "Fənərbağça"nın oyununda - FOTO

AFFA baş katibinin müavini Elçin Məmmədov və Hakimlər Komitəsinin rəhbəri Frank De Bleker UEFA tərəfindən növbəti təyinat alıblar.

Sportinfo.az xəbər verir ki, Çempionlar Liqasının pley-off mərhələsində keçirilən “Fənərbağça” (Türkiyə) – “Benfika” (Portuqaliya) oyununda matçın direktoru Elçin Məmmədov, hakim-inspektoru isə Frank De Bleker olub.

Görüş 0:0 hesablı heç-heçə ilə bitib. Komandalar arasında cavab oyunu avqustun 27-də Portuqaliyada təşkil olunacaq.

Chosen
38
3
sportinfo.az

10Sources