AZ

Elçin Məmmədov UEFA proqramını Fərqlənmə Diplomu ilə bitirib

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA Akademiyası və Lozanna Universitetinin birgə təşkil etdiyi “UEFA Diploma in Football and Leadership Management” (DFLM) təhsil proqramını uğurla başa vurub.

İdman.biz xəbər verir ki, o, diplomun müdafiəsi zamanı mümkün olan maksimum balı toplayıb və qeyd olunmuş proqramı Fərqlənmə Diplomu (Diploma of Distinction) ilə bitirib.

Proqram futbol idarəçiliyi sahəsində Avropa səviyyəsində nəzəri və praktiki biliklərin inkişaf etdirilməsinə yönəlib.

Təqdimetmə mərasimi İsveçrənin Sierre şəhərində baş tutub.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
46
8
icma.az

10Mənbələr