EN

Qadın futbolu tarixinin ən bahalı transferi gerçəkləşdi

ain.az bildirir, Metbuat saytına əsaslanaraq.

Meksikanın qadınlardan ibarət millisinin futbolçusu Lizbet Ovalle rekord məbləğ qarşılığında ölkəsinin "Tiqres" klubundan Amerika təmsilçisi "Orlando Prayd"a transfer olunub.

Metbuat.az xəbər verir ki, keçidin məbləği 1,5 milyon dollar təşkil edib və bu, qadın futbolu tarixində ən bahalı transfer olub.

Əvvəlki rekord iyul ayında kanadalı Oliviya Smitin “Liverpul”dan “Arsenal” (hər ikisi İngiltərə) klubuna 1,3 milyon dollara keçməsi ilə qeydə alınıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
17
3
metbuat.az

9Sources