EN

Kolumbiyada aviabazaya hücum – 5 nəfər öldü, onlarla yaralı var

Kolumbiyanın Kali şəhərində hərbi hava qüvvələrinin bazası yaxınlığında partlayış nəticəsində azı 5 nəfər ölüb, 36 insan yaralanıb.

Heftelik.az  xəbər verir ki, bu barədə şəhər eriyası məlumat yayıb.

“Kali növbəti dəfə narkoterrorçuların hücumunun qurbanı oldu. Bir neçə dəqiqə əvvəl hava qüvvələri bazasının yaxınlığında yük maşını partladı”, – şəhər meri Alexandro Eder sakinlərə müraciətində deyib.

Kali hökumətinin “X” sosial şəbəkəsindəki səhifəsində bildirilir ki, zərərçəkənlərə kömək üçün şəhərin bütün xilasetmə xidmətləri cəlb olunub. “Səlahiyyətlilər ilkin olaraq 5 nəfərin öldüyü və 36 nəfərin yaralandığı barədə məlumat verir”, – məlumatda deyilir.

Eder hücuma görə məsuliyyət daşıyanların tapılmasına kömək edəcək məlumatlara görə mükafat vəd edib. Səlahiyyətlilər həmçinin yerli vaxtla saat 04:00-a qədər yük maşınlarının hərəkətinə məhdudiyyətlər qoyub.

Chosen
1
2
heftelik.az

10Sources