EN

"WhatsApp"da yeni funksiya işə salındı

"WhatsApp"da qarşı tərəfin zənginizə cavab vermədiyi halda, səsli mesajlar qoymağa imkan verən yeni səsli poçt funksiyası işə salınıb.

Oxu.Az bu barədə "WABetaInfo" portalına istinadla xəbər verir.

Yenilik "WhatsApp"ın "Android" üçün 2.25.23.21 nömrəli beta versiyasında müşahidə edilib.

Tətbiqin bu versiyasının zəng interfeysində "Zəngi bitir" və "Yenidən zəng et" arasında yerləşən "Səsli mesajı yaz" düyməsi peyda olub.

Düyməni basdığınız zaman qeyd avtomatik olaraq başlayır, daha sonra buraxılmış zəng haqqında bildirişlə birlikdə çata göndərilir.

Chosen
39
19
demokrat.az

10Sources