EN

Çində qatar qəzası olub, ölənlər və itkin düşənlər var

Çinin şimal-qərbindəki Sinxay əyalətində Xuanxe çayı üzərindən keçən böyük dəmir yolu körpüsündə baş vermiş qəza nəticəsində 7 nəfər ölüb, 9 nəfər isə itkin düşüb.

Sitat.info  xəbər verir ki, bu barədə "Jenmin Jibao" qəzeti məlumat yayıb.

Qəza cümə günü Pekin vaxtı ilə saat 03:00-da Xuannan-Tibet Muxtar Dairəsində baş verib. Təmir-tikinti işləri zamanı bərkidici kabellər qırılıb.

Hakimiyyət orqanları operativ şəkildə axtarış-xilasetmə işlərini təşkil ediblər. Qəzanın səbəbləri müəyyənləşdirilir, araşdırma aparılır.

Chosen
80
5
sitat.info

10Sources