EN

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana işgüzar səfərə gedib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə avqustun 22-də Türkmənistana işgüzar səfərə gəlib.

Referans  AZƏRTAC-a istinadən xəbər verir ki, Türkmənbaşı şəhərinin Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Türkmənistan Nazirlər Kabineti sədrinin ticarət üzrə müavini Nökərqulu Ataqulıyev və digər rəsmi şəxslər qarşıladılar.  

Chosen
4
49
referans.az

10Sources