EN

Xameneinin müşavirinin oğluna sanksiya tətbiq edildi

Böyük Britaniya Xarici İşlər Nazirliyi Tehranın Birləşmiş Krallıq, Ukrayna və İsrailə qarşı "sabitliyi pozan fəaliyyəti"nin qarşısını almaqdan ötrü İrana qarşı yeni sanksiyalar paketi elan edib.

Bu barədə BBC məlumat yayıb.

Sanksiya siyahısına dörd şirkət - "Milavous Group", "Ocean Leonid Investments", "Admiral Shipping Group" və "Petrochemical Commercial Company" daxildir.

Britaniya kəşfiyyatının məlumatına görə, siyahıda ilk iki şirkətə nəzarət edən İranın Ali Rəhbəri Əli Xameneinin müşaviri Əli Şamxaninin oğlu Hüseyn Şamxaniyə də məhdudiyyətlər qoyulub.

Bu şirkətlərin Böyük Britaniyadakı bütün aktivləri dərhal dondurulur və ölkə vətəndaşlarınln onlarla hər hansı biznes fəaliyyəti həyata keçirməsinə qadağa qoyulur.

Həmçinin, Hüseyn Şamxaninin Böyük Britaniyaya girişi də qadağan edilib.

"Cebheinfo.az" 

Chosen
20
2
cebheinfo.az

10Sources