AZ

Britaniya İrandan olan 4 şirkət və bir fiziki şəxsə qarşı sanksiya tətbiq edib

Böyük Britaniya, Birləşmiş Krallıq, Ukrayna və İsrailə qarşı sabitliyi pozan hərəkətlərə görə İrandan olan dörd şirkət və bir şəxsə sanksiya tətbiq edib.

Ucnoqta.az xəbər verir ki, Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı siyahıya əsasən, "Milavous Group", "Ocean Leonid Investments", "Admiral Shipping Group" və "Petrochemical Commercial Company" şirkətlərinə məhdudiyyətlər qoyulub. İlk iki halda sanksiyaların əsasları “Birləşmiş Krallıq və ya İsrail və Ukrayna da daxil olmaqla hər hansı digər ölkə”nin sabitliyini pozmaq üçün hərəkətlər kimi sadalanır.
Son iki şirkətlə bağlı “Birləşmiş Krallıq və ya hər hansı başqa ölkəyə” qarşı oxşar addımların atıldığı iddia edilir.

Hüseyn Şamxani də eyni əsaslarla sanksiya siyahısına salınıb. 

Birləşmiş Krallıqdakı şirkətlərin bütün aktivləri dondurulur və onlarla iş aparmaq qadağandır. Aktivlərini dondurmaqla yanaşı, Şamxaninin krallığa girişi də qadağan edilib.

Seçilən
2
ucnoqta.az

1Mənbələr