EN

Ağdamın Xıdırlı kəndinə 68 ailə köçürülüb

Ağdamın Xıdırlı kəndinə 68 ailə - 252 nəfər yola salınıb. Bu barədə Qaçqınların və Məcburi Köçkünlər üzrə dövlət Komitəsi məlumat yayıb. 

Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə  ümumilikdə, 50 mindən çox insan yaşayır.

Ağdam 2020-ci ilin noyabrında işğaldan azad edilib. İkinci Qarabağ Müharibəsində ən çox zərər çəkmiş rayondur. Müharibəyə qədər Ağdamda 143 min insan yaşayıb.

Prezidentin sərəncamı ilə imzalanan Qarabağa qayıdış proqramı çərçivısində 2026-ci ilə kimi 20 min nəfərin Ağdama köçürülməsi nəzərdə tutulub.

Aytac Zeynalova

Chosen
29
anews.az

1Sources