Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Mətbuat Xidməti şöbəsinə yeni müdir təyin olunub.
Turkustan.az-ın əldə etdiyi məlumata görə, qurumun Mətbuat Xidməti şöbəsinin müdiri vəzifəsinə Nuranə Babayeva gətirilib.
Qeyd edək ki, Nuranə Babayeva bundan əvvəl media və ictimaiyyətlə əlaqələr sahəsində fəaliyyət göstərib. O, YAŞAT Fondunda çalışıb.
Yeni təyinatla o, Kəlbəcər rayonunda həyata keçirilən bərpa və tikinti işlərinin, eləcə də xidmətin fəaliyyətinin ictimaiyyətə çatdırılması istiqamətində məsuliyyət daşıyacaq.