EN

İki yarımmüddafiəçinin eyni anda zədələnməsi “Tottenhem”i çətin vəziyyətə salıb

sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Tottenhem"in isveçli yarımmüdafiəçisi Dejan Kuluşevski, ötən mövsümün sonunda aldığı zədə səbəbindən dekabra qədər yaşıl meydanlara dönə bilməyəcək. Sport24.az "The Guardian"a istinadən xəbər verir ki, futbolçunun zədəsi gözləniləndən daha ağır olub.

Mövsümöncəsi hazırlıq zamanı "Tottenhem"in digər hücumameyilli yarımmüdafiəçisi Ceyms Meddison da dizindən zədə alıb və onun da 2026-cı ildə meydana çıxmayacağı bəlli olub. Beləliklə, londonlular eyni anda iki hücumameyilli oyunçusuz qalıb.

İki futbolçunun sıradan çıxması klubu çətin vəziyyətə salıb. Mənbənin sözlərinə görə, yay "transfer pəncərəsi"ndə "Tottenhem" zədəliləri əvəz edə biləcək "Kristal Pelas"dan Ebereçi Eze və "Nottingem Forest"dən Morqan Gibbs-Uaytı "rənglərinə bağlamaq" istəsə də, transferlər baş tutmayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
5
sport24.az

1Sources