EN

Kəlbəcərdə 3-cü yaşayış kompleksində 29 bina tikiləcək

Kəlbəcər şəhərində təməli qoyulan 3-cü yaşayış kompleksinə media-tur təşkil edilib

Herbiand.az APA-ya istinadən məlumatına görə, media nümayəndələrinə yeni təməli qoyulan yaşayış kompelksi barədə məlumat verilib.

Bildirilib ki, yaşayış kompleksinin ümumi ərazisi 7,6 hektar olacaq. Burada 4 və 5 mərtəbəli 29 bina tikiləcək. Kompleksdə 476 mənzilin inşası planlaşdırılıb ki, onlardan da 8-i birotaqlı, 176-sı ikiotaqlı, 169-u üçotaqlı, 123-ü isə dördotaqlı olacaq.

Buraya köçürüləcək ailələrin rahatlığı və məişət məsələlərinin həlli üçün kompleksdə bütün zəruri infrastruktur qurulacaq.

Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 3-cü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.

Chosen
21
4
herbiand.az

10Sources