Rusiyanın Ermənistana qaz təchizatı avqustun 22-dən bir günlük dayandırılacaq, bu barədə “Qazprom Ermənistan” şirkəti cümə günü məlumat verib.
Şirkətin bildirdiyinə görə, işlər Gürcüstan ərazisində yerləşən “Qırmızı Körpü-Sevkar-Berd” tranzit magistral qaz kəmərində aparılacaq.
Təchizat saat 06:00-da dayandırılacaq və 24 saatdan sonra bərpa olunacaq.
İstehlakçılar daxili ehtiyatlar və İrandan əlavə gətirilən təbii qaz həcmləri hesabına təmin ediləcək.
N.Təbrizli