AZ

Rusiya Ermənistana qaz təchizatını dayandıracaq

Rusiyanın Ermənistana qaz təchizatı avqustun 22-dən bir günlük dayandırılacaq, bu barədə “Qazprom Ermənistan” şirkəti cümə günü məlumat verib.

Şirkətin bildirdiyinə görə, işlər Gürcüstan ərazisində yerləşən “Qırmızı Körpü-Sevkar-Berd” tranzit magistral qaz kəmərində aparılacaq.

Təchizat saat 06:00-da dayandırılacaq və 24 saatdan sonra bərpa olunacaq.

İstehlakçılar daxili ehtiyatlar və İrandan əlavə gətirilən təbii qaz həcmləri hesabına təmin ediləcək.

N.Təbrizli

Seçilən
10
anews.az

1Mənbələr