EN

Hamiləlikdə diş sağlamlığı: mütəxəssislərdən vacib xəbərdarlıq

Hamiləlik dövründə hormonal dəyişikliklər diş və diş ətinə təsir göstərə bilər. Bu səbəbdən ağız gigiyenasına xüsusi önəm verilməlidir.


Pravda.az bildirir ki, mütəxəssislər gündə ən az üç dəfə diş fırçalamağı, hamiləlik gingivitisi (diş əti şişməsi) kimi problemlərin isə həkim nəzarətində müalicə edilməsini tövsiyə edir.


Hamilə qadınlarda yalnız təcili diş müalicələri aparılır, digər prosedurlar adətən doğumdan sonrakı dövrə saxlanılır. Texnologiyanın inkişafı ilə hamilələrdə rentgensiz kanal müalicəsi də mümkündür.


Həkimlər hamiləlikdən əvvəl ağız müayinəsi və lazım olan müalicələrin tamamlanmasını, ən uyğun müalicə dövrünün isə ikinci trimestr (4–6-cı aylar) olduğunu bildirirlər.


Əminə Bayramova 

Tarix: 22 Avqust 2025, 10:56   
Chosen
11
pravda.az

1Sources