EN

Diana Əhədpur Parisdə başqa kişi ilə əl-ələ – VİDEO

Keçmiş model, sosial şəbəkədə bahalı həyat tərzi ilə məşhurlaşan Diana Əhədpurun başqa kişi ilə əl-ələ görüntüsü yayılıb. 

Videonu 1,2 milyon izləyicisi olan və Monako, Fransada sevgilisi ilə dolaşan milyonçuların həyat tərzini nümayiş etdirən “Pistons brothers” adlı səhifə yayıb.

Görüntülərin Parisdə lentə alındığı qeyd olunub. Səhifə daha sonra görüntüləri silsə də, video qısa zamanda sosial şəbəkədə yayılıb və müzakirələrə səbəb olub.

Qeyd edək ki, uzun müddətdir  keçmiş modelin  iran əsilli biznesmen Manuçehr Əhədpurla boşanması haqda iddialar gəzir.  Diana bir müddətdir haqqında gəzən boşanma iddialarına cavab verərkən “Boşanmıram. Əl çəkin, boşanmıram” demişdi.

Musavat.com

Chosen
22
5
editor.az

6Sources