ain.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN – 2000015631) dövlət büdcəsinə böyük həcmdə vergi borcu yaranıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin dövlət büdcəsinə ümumilikdə 8 milyon 355 min 496 manat 91 qəpik vergi borcu var.
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən qurumdur.
Dövlət Xidmətinə 6 may 2021-ci il tarixindən Mətin Eynullayev rəhbərlik edir.Elnur Əli
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.