EN

“Dərmanlarımızı vaxtında ala bilmirik, reaktivlər köhnədir”

Pasiyentlər Talassemiya Mərkəzi ilə bağlı müxtəlif iddialar irəli sürüblər.

FED.az xəbər verir ki, onlar tibb müəssisəsində dərman çatışmazlığından, sanitar-gigiyenik qaydalara riayət olunmadığından və nəzərdə tutulan dərmanları vaxtında ala bilmədiklərindən şikayətçidirlər. 

Onların iddalarına görə, laboratoriyada istifadə edilən reaktivlər köhnədir.

Bundan əlavə, onlara verilmiş iynələrin keyfiyyətsiz olduğuna dair şikayətlər səsləndiriblər.

Pasiyentlərin sözlərinə görə, Mərkəzdə qan nümunələri götürmək üçün istifadə olunmuş “probilka”lar da köhnədir. 

Mərkəzin fəaliyyətindən razı qalan pasiyentlər də var:

“Əvvəllər çətinliklər var idi, amma sonra şükür ki, yaxşıdır. Pis deyil”.

Mərkəzin inzibati işlər üzrə direktor müavini Səidə Babazadə dərman təminatı ilə bağlı səslənən ittihamların bəziləri ilə razılaşsa da, digərlərini təkzib edib.

O, dərman təminatında müəyyən ləngimələrin olduğunu təsdiqləyib.

Direktor müavini bildirib ki, mövcud problemlərin həlli istiqamətində müvafiq qurumlarla danışıqlar aparılır.

S. Babazadə bildirib ki, “probilka”ların köhnə olduğu iddiaları əsassızdır. Onun sözlərinə görə,  köhnə “probilka”nı cihaz qəbul etmir. 

“Artıq tibbi tullantı olan “probilka”lar xadimənin əlindən yerə dağılıb. Hansı ki, həmin “probilka”lar tibbi tullantıdır. Bu görüntünü də pasiyentlər çəkərək yerə dağılmış “probilka”lardakı qanın laboratoriyada yoxlanıldığını iddia edirlər. Halbuki, bu yalnışdır”,-deyə bildirib.

Mərkəz səlahiyyətlisi burada antisanitariya qaydalarına əməl olunmaması iddialarının da əsassız olduğunu söyləyib (Xezerxeber.az). 

Chosen
6
3
fed.az

4Sources