XANKƏNDİ, 22 avqust. TELEQRAF
Bu il daha çox tələbənin Qarabağ Universitetini seçəcəyini ümid edirik.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov Laçında keçirilən Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda beynəlxalq konfransda deyib.
O bildirib ki, yeni tədris ili ilə bağlı hazırda qəbul imtahanın nəticələrini gözləyirlər: "Ötən tədris ilində Universitetin 1269 tələbə qəbul olunub. 6 fakültə 19 ixtisas üzrə tələbələr təhsil alırlar. Universitet olaraq məsuliyyəti biz başa düşürük. Biz tələbələrimizi elə yetişdirmək istəyirik, Qarabağda oxumaq işləməyin məsuliyyətini daha yaxşı mənimsinlər".