Bu il daha çox tələbənin Qarabağ Universitetini seçəcəyinə ümid edirik.
APA-nın yerli müxbiri xəbər verir ki, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov Laçında keçirilən “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda beynəlxalq konfransda deyib.
Rektor bildirib ki, yeni tədris ili ilə bağlı hazırda qəbul imtahanın nəticələrini gözləyirlər: "Ötən tədris ilində Universitetin 1269 tələbə qəbul olunub. 6 fakültə 19 ixtisas üzrə tələbələr təhsil alırlar. Universitet olaraq məsuliyyətimizi başa düşürük. Biz istəyirik ki, tələbələrimiz Qarabağda oxumağın məsuliyyətini daha yaxşı anlasınlar”.